Azərbaycan elminin inkişafında Ulu Öndərin əvəzsiz xidmətləri var

12-12-2016, 15:15
469

http://s017.radikal.ru/i411/1612/a0/4d6d2f94a8a0.jpg


Dekabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Ећərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən danışıb. Qeyd edilib ki, Azərbaycan tarixinin 40 ili ümummilli lider Heydər Əliyev adı ilə bağlıdır. Ulu Öndər həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə prezidenti kimi Azərbaycan xalqı üçün misilsiz işlər görüb. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan dahi rəhbər qısa müddətdə ölkəmizdə ictimai asayişin bərpa edib, insanlarda gələcəyə böyük inam yaradıb, ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyub.

G.Baxşəliyeva ümummilli lider Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə daim böyük diqqət yetirdiyini, müdrik rəhbərin siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Vurğulanib ki, dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda misilsiz xidmətlərindən söz açıblar. Qeyd edilib ki, bütün sahələrdə olduğu kimi, elmin inkişafında da Ulu Öndərin xidmətləri heç zaman unudulmayacaq.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: