Pekində Qanlı Yanvar qurbanlarının xatirəsi anılıb

18-01-2017, 14:00
657

http://s008.radikal.ru/i305/1701/0c/3c74e0866401.jpg


20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanın Çindəki səfirliyində anım mərasimi keçirilib.

Çində yaşayan soydaşlarımızın və tələbələrin, bu ölkənin ziyalılarının iştirak etdikləri tədbirdə əvvəlcə Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfirliyin müvəqqəti işlər vəkili Mətin Mirzə faciənin tarixindən bəhs edərək, 20 Yanvar qırğınının Azərbaycanın müasir tarixinə ən qara günlərdən biri kimi daxil olduğunu deyib. Qeyd edib ki, Vətəninin azadlığını hər şeydən uca tutan Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucalmaqla yanaşı, misilsiz qəhrəmanlıq nümunəsi göstəriblər.

Bildirilib ki, o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlanıb, hadisə öz hüquqi-siyasi qiymətini alıb.

Çıxış edənlər keçmiş Sovet ordusunun Bakı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətməsini pisləyib, bu qırğında əli olanların ədalət mühakiməsinə cəlb olunmasının vacibliyini vurğulayıblar.

Sonda Qara Yanvar hadisələrinə həsr edilmiş film nümayiş olunub.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: