20 Yanvar faciəsi xalqımızın milli azadlıq uğrunda mübarizəsinin dönüş nöqtəsidir

18-01-2017, 15:00
578

http://s41.radikal.ru/i093/1701/db/db13eff16ada.jpg


Qanlı 20 Yanvar faciəsinin 27-cı ildönümü ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda silsilə tədbirlər keçirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, növbəti tədbir Hövsan qəsəbəsində yerləşən 23 saylı şəhər poliklinikasında təşkil olunub. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra 20 yanvar faciəsinin qurbanları və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Poliklinikanın baş həkimi Ећərəbanı Yusifzadə deyib ki, Qanlı 20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaq. Bu, keçmiş sovet hərbi maşınının böyük bir millətə tuşlanmış amansız terror aktı idi.

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev qeyd edib ki, yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilib. Ümummilli Liderimizin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarda yanvar hadisələrinin əsl səbəblərini açıqladı, həqiqi günahkarlar aşkarlandı. Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial problemlərinin həll edilməsinə xüsusi diqqət göstərir. Xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada tanınan Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyeva müharibə veteranlarının, şəhid ailələrinin problemlərinə də böyük qayğı ilə yanaşır.

Tədbirdə çıxış edənlər vurğulayıblar ki, 20 Yanvar faciəsi, eyni zamanda, xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin dönüş nöqtəsidir.

Sonda məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: