20 Yanvar faciəsi xalqımızın yenilməzliyini bütün dünyaya bəyan edib

18-01-2017, 16:45
598

http://s011.radikal.ru/i315/1701/16/b6151c2ae65c.jpg


Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş "Qanlı yanvardan istiqlala gedən yol" mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov 20 Yanvar hadisələrinin elmi, siyasi, tarixi və fəlsəfi mahiyyətindən söz açıb. Bildirilib ki, həmin gecə törədilmiş qanlı cinayət xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, əksinə, xalq yenilməzliyini və qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizəsini bütün dünyaya bəyan edib.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: