Gənc alimlər 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar

19-01-2017, 12:30
571

 http://i062.radikal.ru/1701/9b/ded549e2a28c.jpg


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Ећurasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan anma tədbiri keçirib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şuranın sədri, dosent Famin Salmanov xalqımızın tarixinə həkk olunmuş 20 Yanvar faciəsindən bəhs edib. Qeyd olunub ki, 27 il bundan əvvəl baş vermiş 20 Yanvar hadisəsi Azərbaycanın tarixinə qanlı faciə kimi yazılıb.

F.Salmanov həmin faciədə AMEA-nın Polimer Materialları İnstitutunun əməkdaşları, kimya elmləri doktorları İbrahim İbrahimovun, İsmayıl Mursaqulovun, Svetlana Məmmədovanın, Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı Yusif Sadıqovun şəhid olduqlarını bildirib.

Sonra Tarix İnstitutunun alimi Raisa Cəfərova, Nizami adına Ədəbiyyat İnstitutunun alimi Aynurə Paşayeva, Dilçilik İnstitutunun terminologiya şöbəsinin rəhbəri, professor Sayalı Sadıqova, Polimer Materialları İnstitutunun tədqiqatçısı Nüşabə Arzumanova, Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Ећurasının sədri Cahid İsmayiloğlu mövzu ilə bağlı fikirlərini bölüşüb, rəy və təkliflərini səsləndiriblər.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: