Son dəqiqə:

Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

25-01-2017, 16:00
313

http://s008.radikal.ru/i304/1701/c1/d9ac4705d11e.jpg


Yanvarın 25-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Eldar İbrahimov əvvəlcə 2016-ci il payız sessiyasının yekunlarına dair görülən işlər haqqında danışıb. Bildirilib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, bu iclaslarda 17 məsələ, o cümlədən 15 qanun layihəsi müzakirə edilib.

Komitə sədri bildirib ki, Milli Məclisin aqrar siyasət komitəsi 2016-cı ilin payız sessiyası dövründə öz fəaliyyətini qanunvericilik sahəsində nəzərdə tutulmuş iş planına uyğun şəkildə həyata keçirib. Qanun layihələrinin müzakirələri komitənin iclaslarında nəzərdə tutulmuş müddətlərdə baş tutub, vətəndaşların qəbulu, ərizə və müraciətlərə baxılması sahəsində müntəzəm iş aparılıb.

Bildirilib ki, hesabat dövründə aqrar siyasət komitəsinə 86 vətəndaşın imzası ilə ərizə və müraciət daxil olub.

Hesabat dövründə komitə beynəlxalq təşkilatlar və xarici ölkə parlamentləri ilə sıx əlaqələr saxlayıb. Eyni zamanda, komitənin sədri dekabrın 1-dən 5-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən prezident seçkilərini izləmək üçün səfərdə olub.

Komitənin 2016-ci il payız sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edilib.

Sonra iclasda komitənin 2017-cı il yaz sessiyası üçün iş planına baxılıb və təsdiq edilib. Bu sessiya müddətində komitədə "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" və digər qanunlarda əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanun layihələrinə baxılacaq.

Həmçinin iclasda "Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirə edilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 22-ci maddəsinin birinci hissəsində "on" sözü "qırx doqquz" sözləri ilə əvəz ediləcək. "Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi sahibkarlığın inkişafı ilə əlaqədar meşə fondu torpaqlarından daha səmərəli istifadə edilməsi məqsədilə hazırlanıb. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: