Elmar Məmmədyarov: Azərbaycan ilə Qətər arasında qarşılıqlı etimad mövcuddur

31-01-2017, 16:00
310

http://s12.radikal.ru/i185/1701/14/364bbc9b250c.jpg


Azərbaycan ilə Qətər arasında qarşılıqlı etimad mövcuddur. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq edirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin xarici işlər naziri Ећeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edib ki, Qətər ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün geniş perspektivlər var. "Biz xarici işlər nazirləri olaraq bu münasibətləri inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik. Bundan əlavə, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, tikinti sahələrində də əlaqələrin qurulması mümkündür", - deyə nazir bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin də müzakirə edildiyini deyən nazir bildirib: "Münaqişənin həllində göstərdiyi dəstəyə görə Qətər dövlətinə minnətdarlığımızı bildiririk. Bildiyiniz kimi, bu münaqişənin həlli üçün BMT Təhlükəsizlik Ећurasının müəyyən qətnamələri var. Lakin təəssüflər olsun ki, bu qətnamələr hələ də yerinə yetirilmir. Heç şübhə etmirəm ki, biz bütün torpaqlarımızı azad edəcəyik, hər birini abadlaşdıracağıq".

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: