Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat"da dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

4-02-2017, 15:15
447

http://s018.radikal.ru/i506/1609/ee/de67680701e9.jpg


Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1374 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat"da dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 oktyabr tarixli 1070 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1374 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, в„– 10, maddə 613; 2010, в„– 2, maddə 80; 2014, в„– 2, maddə 113; 2016, в„– 5, maddə 928) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

1. 3.7-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları "Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 6.1-ci və 6.2-ci bəndlərində müəyyən edilən rəsmi qəzetlərdə dərc olunur.".

2. 4.14-cü bəndin birinci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları "Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 6-cı hissəsində müəyyən edilən rəsmi qəzetlərdə dərc olunur.".

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2017-ci il.


Mənbə: http://www.president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: