Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçan sürücü tutulub

9-02-2017, 16:00
340

http://s018.radikal.ru/i515/1702/29/9180e66c7203.jpg


Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü rayonun polis və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək istintaqa cəlb olunub.

Bakı Ећəhər Baş Polis İdarəsi və Ећəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, fevralın 4-də saat 08.00 radələrində paytaxtın Sabunçu rayonu ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən naməlum qadın piyadanı vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada ölməsi faktına görə rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Mercedes Benz E 200" markalı, 99-DH-407 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənov Emin Hüseyn oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri, eləcə də vəfat etmiş qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: