"Azərikimya" İB-də "SOCAR-UNİPER" MMC birgə müəssisəsinin Direktorlar Ећurasının növbəti yığıncağı keçirilmişdir

10-02-2017, 13:30
340

http://s019.radikal.ru/i635/1702/22/5255e9994b33.jpg


"Azərikimya" İB-də SOCAR-ın Baş ofisinin və Almaniyanın UNİPER şirkətinin nümayəndələrinin də iştirakı ilə "SOCAR-UNİPER" MMC birgə müəssisəsinin Direktorlar Ећurasının 4-cü yığıncağı keçirilmişdir.
Yığıncaqda Etilen-polietilen zavodunun Buxar-Generator Kompleksinin enerji effektliyinin artırılması məqsədi ilə inşa olunacaq yeni Buxar Turbogenerator qurğusunun tikintisi ilə bağlı birgə müəssisənin apardığı işlər haqqında hesabatı dinlənilmiş, qarşıda duran məsələlər geniş müzakirə olunmuşdur.
Yığıncaq iştirakçıları və Sumqayıtda səfərdə olan Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab Etilen-polietilen zavodunda olmuşlar. Orada qonaqlara "EP-300" qurğusunda icra olunan modernizasiya işləri, o cümlədən Buxar-Generator Kompleksinin enerji effektliyinin artırılması məqsədi ilə inşa olunacaq yeni Buxar Turbogenerator qurğusunun tikinti işləri ilə bağlı ətraflı məlumat verilmişdir.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: