Xalq şairi Nəriman HƏSƏNZADƏ

17-02-2017, 15:00
503

http://s50.radikal.ru/i128/1702/4a/4e60fd076d4a.jpg


Həsənzadə Nəriman Əliməmməd oğlu — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), Filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990-1995), Azərbaycanın xalq şairi (2005), "İlin şairi" makafatı laureatı (2010).

Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır.
1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olmuşdur.
1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.
1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir.
1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktori olmuşdur.
1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Ећurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının "Ећərəf" ordeni (2011)[1] ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.
Bir sıra Avropa və Ећərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində "Vətənsiz" (Rumıniya, 2009) və "Nuru Paşa" (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.
"Kayseri poeziya günləri"ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona "Uğur – 2009" diplomu verilmişdir.

Kitabları

1.Dostlar gözləyir məni. Bakı: Uşaqgəncnəşr, 1956
2.Qız ürəyi. Bakı: Uşaqgəncnəşr, 1957
3.Haradasan. Bakı: Uşaqgəncnəşr, 1959
4.Qaraca Çobanın hekayəti. Bakı: 1960
5.Sizdən ayrılmadım. Bakı: Uşaqgəncnəşr, 1961
6.Könlüm şer istəyir. Bakı: Azərnəşr, 1964
7.Yadına düşəcəyəm. Bakı: Azərnəşr, 1966
8.Nəriman. Bakı: Azərnəşr, 1968
9.Niyə demədiniz. Bakı: Gənclik, 1970
10.Zümrüd quşu. Bakı: Gənclik, 1973
11.Mənim gecəm-gündüzüm. Bakı: Gənclik, 1973
12.Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1974
13.Zümrüd quşu. Bakı: Gənclik, 1976
14.Nəriman. Bakı: Yazıçı, 1978
15.Sən bağışladın. Bakı: 1979
16.Bir az möhlət istəyirəm ömürdən. Bakı: 1981
17.Fikir eləmə. Bakı: Gənclik, 1982
18.Kimin sualı var. Bakı: Gənclik, 1984
19.Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1986
20.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1987
21.Mənim nigahımı pozdu təbiət. Bakı: Yazıçı, 1989
22.Bütün millətlərə. Bakı: Yazıçı, 1991
23.Taleyin töhfəsi. Bakı: Gənclik, 1993
24.Gəlimli-gedimli dünya. Bakı: Ећərq-Qərb, 1995
25.Pompeyin yürüşü. Bakı: "Azərbaycan ensiklopediyası", 1995
26.Seçilmiş əsərləri. Bakı: Ећərq-Qərb, 2004
27.Poylu beşiyim mənim. Bakı: 2007
28.Nəriman. Bakı: 2009
29.Seçilmiş əsərləri. Bakı: 2010
30.Nuru Paşa. Bakı: 2010

Poemaları

1.Nəriman
2.Zümrüd quşu
3.Kimin sualı var?
4.Atabəylər
5.Pompeyin Qafqaza yürüşü
6.Midiya sarayı
7.Bəyanət
8.Həsrət
9.Vətənsiz
10.Heybədə gəzən şeir
11.Ећahid ol, günəş
12.Rəsul Həmzətova məktub
13.Ећəhid atası Ећərif qağaya məktub
14.Qafqaz
15.Cavid
16.Qaçaq Kərəm
17.Səfirə
18.Xarı bülbül

Povesti

Nabat xalanın çörəyi

Filmoqrafiya

1.Nəriman Həsənzadə (film, 2006)
2.Qəmbər Hüseynli (film, 2007)
3.Mən Hüseyn Arifəm… (film, 2010)


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: