Kənan AYDINOДћLU."Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!"

22-02-2017, 08:00
511

http://edebiyyat-az.com/wp-content/uploads/2013/02/Photo-Kenan.jpg

XIII yüzil Ön Asiyada ilk türkdilli təsəvvüf şairi Yunus Əmrəyə ulu sayğılarla!

Qaramandan, Ərzurumdan, ey Oğuz dillərinin
Böyük şairi YUNUS, sənə salamlar olsun!
ƏSKİЕћƏHƏRdə belə məzarın olsa yenə,
Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

MƏHƏMMƏDin həsrətin çəkəndə gözü dolan,
MÖVLANA məclisində HAQQı deyən söz olan.
Çəkib həsrətin yenə çiçəklər kimi solan,
Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

HAQQın dininə yenə HAQQ kimi baxıb gələn,
SARIKÖYdən yoğrulub su kimi axıb gələn.
"ALLAHU ƏKBƏR" sözün bayrağa taxıb gələn,
Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

HAQQın DİNi nur kimi dünyaya ələnəcək,
HAQQ AYƏSİn dinləyib körpələr bələnəcək.
Dünyanın şər, böhtanı gün gələr mələnəcək,
Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

HAQQ dastanla yağının qəlbini dələn zaman,
KONYAda mədrəsəni bitirib gələn zaman.
Bir nur olub sufinin qəlbinə ələn, zaman,
Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

Qoşma, gəraylılarda yağının gözün oyan,
Gözləri HAQQ DİNİNDƏN tarix boyunca doyan,
"RİSALƏTÜN-NUSHİYYƏ", "DİVAN"ı miras qoyan,
Ey mənim YUNUS ƏMRƏM, sənə salamlar olsun!


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: