Yanvar-fevralda əlilliyi olan şəxslər 5 131 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin ediliblər

6-03-2017, 15:00
330

 http://s020.radikal.ru/i706/1703/7e/6aae1410e6c4.jpg


Cari ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 2 min 150 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 319 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər təşkil edib.

Qeyd olunan dövrdə əlilliyi olan şəxslərə dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə 189 aşağı və yuxarı ətraf protezləri, 274 aşağı və yuxarı ətraf ortezi, 217 ədəd dirsəkaltı ağac, 75 ədəd dördayaqlı dayaq vasitəsi verilib. Həmçinin bu təbəqədən olan şəxslər 94 ədəd bel və boyun nahiyəsi üçün korset, 717 cüt ortopedik ayaqqabı, 375 cüt protez ayaqqabı, 1693 ədəd müxtəlif reabilitasiya vasitəsi, 141 cüt qoltuqaltı ağac, 558 ədəd əsa və s. ilə təmin olunublar. Əlilliyi olan şəxslərə 3 ədəd əlil arabası, 5 ədəd eşitmə aparatı da verilib. Onlara məxsus 112 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın təmiri işləri də aparılıb.

Ümumilikdə cari ilin yanvar-fevral aylarında əlilliyi olan şəxslərin 5 min 131 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təminatı həyata keçirilib.

Bu dövrdə Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 122 nəfər əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin olunub.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: