Ağdamda heyvandarlıq məhsullarının istehsalı artıb

7-03-2017, 17:30
375

http://s018.radikal.ru/i523/1703/4d/067617aa1394.jpg


Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıqda məhsul istehsalı artıb.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, yanvar-fevral aylarında təsərrüfatlarda 7244 sentner ət, 57 min 640 sentner süd, 1 milyon 511 min ədəd yumurta istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı 2 faiz, yumurta istehsalı 0,4 faiz çox olub. İstehsal olunan ətin 98,9 faizi, südün 98,7 faizi, yumurta isə bötövlükdə əhali təsərrüfatlarının payına düşür.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: