Son dəqiqə:

Azərbaycan Dövlət Aqrar Universiteti ilə Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universiteti arasında əməkdaşlıq memorandiumu imzalanıb

8-05-2017, 13:00
565 dəfə Oxundu.

Azərbaycan Dövlət Aqrar Universiteti ilə Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universiteti arasında əməkdaşlıq memorandiumu imzalanıb

http://s018.radikal.ru/i516/1705/3f/ffa8ed95acb8.png


http://s016.radikal.ru/i337/1705/7d/4e46baac84c9.png


Əhməd Yəsəvi Türk-Qazax universitetinin təməlləri, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin 6 İyun 1991-ci il tarixli qərarı ilə, Sovetlər Birliyinin dağılmasından qısa bir müddət öncə Türküstan Dövlət Universiteti olaraq açılıb. İndiki vaxtda universitetdə dünyanın 32 ölkəsindən tələbə təhsil alır. Bu gün, universitetdə təxminən 10 min tələbə qazax, türk, rus və ingilis dillərində 54 bakalavr, 30 magistr və 11 doktorantura proqramında əyani təhsilni davam etdirir. 22 təhsil proqramı üzrə uzaqdan təhsil proqramları da fəaliyyətini göstərir. Ümumilikdə 11 ixtisas sahəsi üzrə 4 min tələbə uzaqdan təhsilni bu cür alır. Universitetin nəzdində 4 elmi araşdırma mərkəzi və Avrasiya Araşdırmaları İnstitutu, eləcə də 7 araşdırma laboratoriyası və 70 araşdırma məntəqəsi mövcuddur. Universitetin missiyası, Türk Dilli Dövlət və Topluqlara mənsub tələbələrə, bir mərkəzdə təhsil vermək; azad və elmi düşüncə gücünə, müasir informasiya və bacarığa, ictimai məsuliyyət duyğusuna sahib, insan hüquqlarına hörmət edən, tolerant, milli və əxlaqi dəyərlərə bağlı, mühakimə yürüdən, araşdıran, təşəbbüskar, demokratik və dünyəvi dövlət əsaslarına bağlı, tarix və şəxsiyyət şüuruna sahib fərdlər yetişdirmək; tədqiqat və işləmə fəaliyyətləri ilə elmi və ictimai həyatda iştirak etməkdir.
Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli Gundelik.info-ya bildirib ki, beynəlxalq əlaqələrə xüsusi önəm verən təhsil müəssisəsi 100-dən artıq universitet və beynəlxalq təşkilatla əməkdaşlıq edir. 26-28 aprel 2017-ci il tarixlərində Əhməd Yəsəvi universitetində keçirilən Beynəlxalq İctimai Elmlər Simpoziumu III Türküstan forumunda iştirak etmək üçün ADAU-nun assistenti Fərrux Rəhimov Türküstan şəhərinə ezam edilib. "İqtisadi inkişaf vasitəsi olaraq universitet-sənaye əməkdaşlığı və Azərbaycanda mövcud vəziyyət" adlı məruzə ilə çıxış edən Fərrux Rəhimov istər məruzə zamanı, istər ikili danışıqlar zamanı ADAU-da son illərdə görülən işlər barəsində ətraflı məlumat verib və iki universitetin əməkdaşlığına dair ilkin anlaşma əldə edilib. ADAU və Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax universiteti arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb.
Qeyd edək ki, Əhməd Yəsəvi universitetinin tərkibində Ekoloji Tədqiqat İnstitutu və 29.09.1993–cü ildə əsası qoyulan 88 hektar ərazisi olan Nəbatət bağı fəaliyyət göstərir. Universitetdə aqronomluq və baytarlıq başda olmaqla aqrar sahənin müxtəlif istiqamətləri üzrə müvafiq ixtisasların açılması nəzərd



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam