ADAU-da Ümummilli lider H.Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan "Müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyev dühasının işığında" adlı konfrans keçirilib

8-05-2017, 14:00
572 dəfə Oxundu.

ADAU-da Ümummilli lider H.Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan "Müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyev dühasının işığında" adlı konfrans keçirilib

http://s019.radikal.ru/i640/1705/03/d0a1de3638d7.jpg


 http://s019.radikal.ru/i606/1705/9c/6793b6f4c240.jpg


http://s019.radikal.ru/i608/1705/0a/55b283c5b7f4.jpg


http://s48.radikal.ru/i119/1705/5c/f883d6985a49.jpg


 http://i066.radikal.ru/1705/f3/bff85bd951ab.jpg


Azərbaycan Dövlət Aqrar Universitetin İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları Aqrobiznes və idarəetmə fakültəsində Ümummilli lider H.Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan "Müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyev dühasının işığında" adlı konfrans keçirib.
Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli Gundelik.info-ya bildirib ki, konfrans Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Konfransı giriş sözü ilə açan İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov Ulu öndər H. Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, Azərbaycanın uğurlu inkişafı , məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət sayəsində təmin edilib. Onun sözlərinə görə Heydər Əliyevin düşünülmüş, müdrik və qətiyyətli siyasəti nəticəsində ölkəmiz inkişaf yoluna çıxıb. Professor onu da əlavə edib ki, Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi çağdaş tariximizdə əbədiyaşarılıq qazanıb.
Baş müəllimlərdən Z. Qəhrəmanova, S. Qasımova , I kurs tələbələri Samirə Quluyeva, Toğrul Məmmədov, Aygün Sultanova, Həsən Məmmədov və Nurlana Əslibəyova çıxış edərək Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolundan və Azərbaycan tarixində onun əvəzsiz xidmətlərindən geniş söhbət açıblar. Qeyd ediblər ki, Azərbaycan xalqı və dövləti yaşadıqca Heydər Əliyev ideyaları da yaşayacaq.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam