Tarixi Qələbəni unutmadıq

8-05-2017, 19:00
284

http://s019.radikal.ru/i622/1705/f2/ca439e8d4043.jpg


 http://s019.radikal.ru/i643/1705/7e/f15fa8fd9b3f.jpg


http://s010.radikal.ru/i312/1705/99/9841ddbb9213.jpg


http://s009.radikal.ru/i310/1705/6f/d366a3f9f19b.jpg


Ölkəmizin hər yerində olduğu kimi, 9 May - Qələbə Günü İsmayıllı rayonunda da qeyd olunub. Bayram tədbiri 1941-1945-ci il Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidəyə yürüşlə başlayıb və abidə önünə əklil qoyulub.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov, RİH-nin əməkdaşları, YAP- İsmayıllı rayon təşkilatının üzvləri, veteranlar, ictimaiyyət nümayəndələri, idarə və müəssisələrdə çalışanlar iştirak ediblər. Edilən çıxışlarda Alman faşizmi üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının, o cümlədən ismayıllıların da misilsiz xidmətləri olduğu qeyd edilib. 1941-1945-ci illərdə 700 min nəfərə yaxın azərbaycanlının silaha sarılaraq faşizmə qarşı mübarizədə fədakarlığı, Böyük Vətən müharibəsi adlandırılan həmin qanlı savaşda arxa cəbhənin əməkçilərinin də misilsiz xidmətlər göstərmələri diqqətə çatdırılıb. İsmayıllı rayonundan olan Böyük Vətən müharibəsi iştirakçıları üçün RİH-nin təşkilatçılığı ilə bayram sovqatları təşkil olunub. RİH-nin, Rayon Gənclər və İdman İdarəsinin, Mədəniyyət və Turizm Ећöbəsinin, Rayon Təhsil Ећöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri veteranlarla yaşadıqları ünvanlarda görüşərək onların bayram münasibəti ilə təbrik ediblər.

Elnarə GÜNƏЕћ,
Gündəlik Analitik İnformasiya Agentliyinin
İsmayıllı şəhəri üzrə xüsusi müxbiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: