Görkəmli Azərbaycan şairi Əliağa Kürçaylının "Kümbet" dərgisində çap olunan şeiri

4-06-2017, 05:00
0
Жалоба

http://s014.radikal.ru/i329/1706/9f/7adaec1d3bd1.jpg


AZƏRBAYCAN
Əliağa KÜRÇAYLI

Mən könlümü təzəcə eşqə düşənlər kimi
Pıçıldamaq istərəm – eşidilməsin səsim.
Sevgi etirafımı, bu vurulan qəlbimi
Elə açmaq istərəm bir kimsə eşitməsin.

Eşqimi ovuc-ovuc torpağına, daşına
Səpərəm, qız başına şabaş səpənlər kimi.
Səni öpmək istərəm – düz on səkkiz yaşına
Təzəcə qədəm qoyan qızı öpənlər kimi.

Uğrunda həyatımı qurban vermək istərəm,
Eşqin təntənəsiyçün can qurban edən kimi.
Səni bütün dünyaya mən göstərmək istərəm
Sevdiyim qız kimi yox – sevdiyim Vətən kimi.


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация