Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19-12-2017, 02:00
180

http://s018.radikal.ru/i528/1706/4a/5c250cce0951.jpg


Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına və "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, в„– 2, maddə 89, в„– 7, maddə 621; 2014, в„– 5, maddə 477, в„– 9, maddə 1027; 2015, в„– 4, maddə 373, в„– 6, maddə 704, в„– 7, maddə 836; 2016, в„– 8, maddə 1384; 2017, в„– 5, maddə 805, в„– 8, maddə 1521) ilə təsdiq edilmiş "Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"nin 6.5-ci yarımbəndində "Milli Təhlükəsizlik Nazirliyi" sözləri "Dövlət Təhlükəsizliyi Xidməti" sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.5-1-ci yarımbənd əlavə edilsin:

"6.5-1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti;".

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2017-ci il.


Mənbə: http://www.president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: