Rəhbər Komitənin dördüncü hesabat görüşü

30-01-2018, 18:00
333

https://b.radikal.ru/b25/1801/5e/1ef627450b36.jpg


26 yanvar 2018-ci il tarixində Aİ tərəfindən maliyyələşdirilən "Azərbaycanda Dövlət Qulluğu Sistemində İslahatların Davam etdirilməsinə Dəstək" AZ/15/ENP/OT/40 tvinninq layihəsinin dördüncü Rəhbər komitə iclası keçirilmişdir. (İngilis dilində tərcümə ilə / With translation into English )

İclasda Layihənin Avropa İttifaqından tərəfdaş ölkə olan Litva Respublikasının Dövlət Katibliyinin sədri (Litva tərəfindən Layihə rəhbəri), DİM-in Starteji inkişaf şöbəsinin müdiri (Azərbaycan tərəfindən layihə rəhbəri), layihənin litvalı ekspertləri, layihənin Rezident tvinninq müşaviri, Rezident tvinninq müşavirinin azərbaycanlı tərəfdaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin (Proqram İdarəetmə Qurumu) və DİM-in digər əməkdaşları iştirak etmişlər. İclasın əsas mövzusu Tvinninq Layihəsinin 4-cü rübünü (01 avqust – 31 oktyabr 2017-ci il) əhatə edən hesabat, həmçinin 1-ci (Dövlət qulluğu vəzifələrinin qruplaşdırılması) və 2-ci (Yeni qruplaşdıramaya uyğun qəbul sisteminin tətbiqi) komponentlər üzrə ekspertlərin təkliflərinin həyata keçrilməsi prosesi ilə bağlı müzakirə olmuşdur. Müzakirə zamanı birinci komponentin nəticələrinin mümkün qədər tez reallaşdırılmasının vacibliyi qeyd edilmişdir. Layihənin Rezident tvinninq müşaviri qeyd etmişdir ki, hesabat dövründə 12 ekspert missiyası həyata keçirilmişdir ki, burada 14 əcnəbi ekspert iştirak etmişdir. 50-dən çox dövlət qulluqçusunu əhatə edən dörd təlim proqramı həayata keçirilmişdir. Yekunda iştirakçılar layihənin daha səmərəli tətbiqi üçün gələcək planaları müzakirə etmişlər.

Fourth Steering Committee meeting
The fourth Steering Committee meeting of the EU funded Twinning project "Support to Further Reforms in Civil Service System in Azerbaijan" AZ/15/ENP/OT/40, was held on 26 January 2018. At the meeting the vice-chancellor of the Office of the Government of the Republic of Lithuania (project leader from Lithuanian side), Head of Strategic development department of State Examination Center (project leader from Azerbaijani side), project RTA, RTA counterpart in Azerbaijan, Lithuanian experts, representative from Ministry of Economy (Programme Administration Office) and project’s staff took part. The main topic of the meeting was discussion of the results of the forth trimester of the project (01 August 2017-31 October 2017) and in general results the project achieved during a year and process of implementation of suggestions made by project experts concerning 1st (The classification of the positions in the Civil Service system is improved enabling grouping of similar occupations in different State bodies and levels) and 2nd (The recruitment system is further developed based on the new classification system) component of the project. During the meeting, there was paid a lot of attention to the importance of efficiently completing the first component as soon as possible. Project RTA indicated that, during forth quarter of the project 12 expert missions were realized where 14 experts took part, four workshops were carried out and up to 50 HR experts from state bodies were engaged. At the end the participants discussed further plans for fruitful implementation of the project goals.

Mənbə: http://www.tqdk.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: