Gənc yazar Kənan Aydınoğlunun "Ömrün yarı yolunda" adlı şeirlər kitabından seçmə şeirlər

30-01-2018, 20:30
334

https://a.radikal.ru/a13/1801/04/92bad31f7c61.jpg


GÜLƏRDİ ÜZÜMƏ BU HƏYAT MƏNİM

Qəzetdə çıxanda bir-iki yazım,
gülərdi üzümə
bu həyat mənim.
Ећərdən- Qərbə gedən uzun yol qədər,
baxardı gözümə bu həyat mənim.

Narahat olurdum düzü, o vaxtlar,
qınama bu dövrün tələbi idi.
Bu həyat yolunda, yol ayrıcında,
bəlkə olanların
səbədi idi...

Nə deyim, özümdən o vaxtlar axı,
onda şairliyim heç bilinməzdi.
Ömrümdə bilməyib, görmədiyim kəs,
dedi ki: şeirin elləri gəzdi.

Vicdanı tər-təmiz, qəlbi safdırsa,
yoxlayıb sınamaq olmaz, a gülüm.
Nə deyim bəlkə də doğru söyləyir,
onu da qınamaq olmaz, a gülüm.

31 dekabr, 2008. Lökbatan qəsəbəsi.

"LENİN" KÜÇƏSİNDƏ BİR İT HÜRÜRDÜ

Kədərdən,qüssədən ayrılanda mən,
Leylək də dağlar da yuva qurardı.
Hələ ilk baxışda ,nəzərlərimdə,
Kimi döyülürdü,
Kimi vururdu.
Leylinin dərdini çəkməkdən Məcnun,
Çöllərə düşərək, xəstə dururdu.
"Lenin" küçəsindən gəlib keçəndə,
Özgə, yad kişiyə bir it hürürdü.
Pərdəni bir yana çəkib sahibi,
İtindən xəbərsiz bunu görürdü.
Çox vaxtda sahibi olan işləri,
Qəşş edib, ürəkdən yaman gülürdü.

6 yanvar, 2009.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: