"2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında"

23-05-2018, 05:00
180

http://s018.radikal.ru/i528/1706/4a/5c250cce0951.jpg


"2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 sentyabr tarixli 2331 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "F.T.Cəfərovun Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3783 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

"2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 sentyabr tarixli 2331 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, в„– 9, maddə 1526; 2017, в„– 8, maddə 1521) 1-ci hissəsinin "Təşkilat Komitəsinin üzvləri" bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1. "Hacıbala Abutalıbov – Bakı Ећəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü", ", Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini" və "və turizm" sözləri çıxarılsın.

2. "Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü" sözləri "Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri" sözləri ilə, "təhsil naziri" sözləri "vergilər naziri" sözləri ilə, "Aydın Əliyev" sözləri "Səfər Mehdiyev" sözləri ilə, "Fərhad Hacıyev – Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun icraçı direktoru" sözləri "Fərid Cəfərov – Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru" sözləri ilə əvəz edilsin.

3. "Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi" sözlərindən sonra "Fuad Nağıyev - Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri" sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2018-ci il.


Mənbə: http://www.president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: