Təhsil naziri Britaniya Ећurasının Azərbaycan Nümayəndəliyinin rəhbərliyi ilə görüşüb

29-06-2018, 05:00
246

https://c.radikal.ru/c27/1806/9b/43d8520219c3.jpg


İyunun 28-də təhsil naziri Ceyhun Bayramov fəaliyyətinin başa çatması münasibətilə Britaniya Ећurasının Azərbaycan Nümayəndəliyinin direktoru xanım Elizabet Uayt və Azərbaycan Nümayəndəliyinin yeni təyin olunmuş direktoru Samr Ећah ilə görüşüb.

Görüşdə Təhsil Nazirliyi və Britaniya Ећurası arasında təhsil sahəsində mövcud olan əlaqələrin cari vəziyyəti və yüksək inkişafı haqqında danışılıb. Nazir, xanım direktorun ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib və ona öz təşəkkürünü bildirib. Xanım Uayta Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə və Azərbaycan – Böyük Britaniya təhsil əlaqələrinin genişləndirilməsinə verdiyi töhfələrə görə Təhsil Nazirliyinin Fəxri fərmanı təqdim edilib.

Öz növbəsində Elizabet Uayt Azərbaycandan xoş təəssüratlarla ayrıldığını qeyd edib və ölkəmizdəki fəaliyyəti dövründə ona göstərdiyi dəstəyə görə nazir Ceyhun Bayramova minnətdarlığını bildirib.

Sonda nazir Samr Ећaha ölkəmizdəki və Elizabet Uayta gələcək fəaliyyətində uğurlar arzu edib.

Mənbə: http://www.edu.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: