"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında"

6-07-2018, 11:30
271

http://s04.radikal.ru/i177/1610/c8/5183df40ef81.png


"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanını "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1852 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədilə qərara alıram:

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, в„– 8 (III kitab), maddə 609; 2001, в„– 10, maddə 640; 2003, в„– 8, maddə 435, в„– 10, maddə 552; 2004, в„– 6, maddə 435; 2005, в„– 2, maddə 64, в„– 5, maddə 403; 2006, в„– 7, maddə 590, в„– 12, maddə 1034; 2007, в„– 3, maddə 228, в„– 6, maddə 606, в„– 11, maddə 1110, в„– 12, maddə 1246; 2008, в„– 6, maddə 493; 2009, в„– 3, maddə 163, в„– 5, maddə 324; 2010, в„– 5, maddə 399, в„– 7, maddələr 610, 628; 2011, в„– 8, maddə 751; 2012, в„– 6, maddə 535; 2014, в„– 6, maddə 626; 2016, в„– 9, maddə 1464, в„– 12, maddə 2071; 2017, в„– 2, maddə 186; 2018, в„– 1, maddə 43, в„– 2, maddə 171) 3.19-cu bəndinə "müəssisəsi" sözündən sonra "(xüsusi təyinatlı təhsil müəssisəsi istisna olmaqla)" sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyul 2018-ci il.


Mənbə: http://www.president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: