"Mirzə Ећəfi Vazeh dövrünün Gəncə xalçaları" adlı rəsm müsabiqəsinə hazırlıq işləri aparılır

19-07-2018, 19:30
396

 https://b.radikal.ru/b23/1807/31/5d60cb589074.jpg


İyulun 18-də Bakı Ећəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) əməkdaşları tərəfindən şəkil çəkmək bacarığı olan azyaşlı oxucular üçün Azərbaycan Xalça Muzeyinə ekskursiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, ekskursiya Mirzə Ећəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin təşəbbüsü ilə reallaşıb. Ekskursiya kitabxana tərəfindən uşaq və gənc oxucular arasında "Mirzə Ећəfi Vazeh dövrünün Gəncə xalçaları" adlı rəsm müsabiqəsinə hazırlıq işləri aparmaq, uşaqları müxtəlif xalça nümunələri ilə tanış etmək məqsədilə təşkil olunub.

Ekskursiya zamanı oxuculara məlumat verilib ki, ənənəvi Azərbaycan xalçaçılıq sənəti Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Qeyd edilib ki, Azərbaycanda xalçaçılığın təşəkkülünü şərtləndirən təbii-iqlim şəraiti, təsərrüfat və məişət amilləri tədricən Quba, Ећirvan, Bakı, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi xalça və xalça məmulatları istehsalı mərkəzlərinin yaranmasına səbəb olub. Bundan əlavə, muzeydə Gəncə xalça məktəbi haqqında uşaqlara maraqlı və geniş məlumatlar verilib. Mirzə Ећəfi Vazehin vətəni olan Gəncə xalçaçılıq mərkəzinin əsas istehsal ocaqları Gəncə, Gədəbəy, Goranboy, Ећəmkir, Samux bölgələri sayılır. Gəncəyə daxil olan "Gəncə", "Köhnə Gəncə", "Gədəbəy", "Çiraqlı", "Samux", "Çaylı", "Ећadılı", "Faxralı" kompozisiyalı xalçalar digər xalçalardan ənənəvi motivlərin özünə məxsus işlənməsi ilə seçilir.

Yasamal rayonunun gənc oxucuları çox böyük maraqla muzeydə təşkil olunmuş ekspozisiyalarla tanış olublar.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: