Cari ilin ilk altı ayında tütün məmulatlarının istehsalı 95,9 faiz artıb

5-08-2018, 08:30
0
Жалоба

 https://d.radikal.ru/d01/1808/2e/2c4ff3015ee5.jpg


Cari ilin ilk 6 ayında Bakı şəhəri üzrə qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 468,6 milyon manat dəyərində məhsul istehsal olunub.

Bakı Ећəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalı 95,9 faiz, içki istehsalı 0,1 faiz artıb, qida məhsullarının istehsalında isə 10,6 faiz azalma müşahidə edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahələrin əsas məhsullarından olan kolbasa məmulatlarının istehsalı 1,3 faiz, şirin peçenye 37,1 faiz, digər içli şokolad şirniyyat məmulatları isə 16,3 faiz artıb.

Mənbə: http://www.azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация