"Qarabağ"ın Topaz Premyer Liqasında "Neftçi" komandasına qarşı keçirəcəyi oyunun vaxtı dəyişdirilib

21-08-2018, 10:30
275

 https://b.radikal.ru/b31/1808/f9/75153893aeeb.jpg


Azərbaycanı UEFA Avropa Liqasının play-off mərhələsində təmsil edən "Qarabağ" klubu Peşəkar Futbol Liqasına müraciət edərək oyuna daha yaxşı hazırlaşmaq məqsədi ilə Topaz Premyer Liqasının üçüncü turunda "Neftçi" komandasına qarşı keçiriləcək oyunun vaxtının dəyişdirilməsini xahiş edib.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Ağdam komandasının avrokuboklarda çıxışını və əsasnaməni rəhbər tutan Peşəkar Futbol Liqası "Qarabağ" – "Neftçi" matçının avqustun 25-dən avqustun 26-na keçirilməsinə qərar verib.

Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədi ilə hər iki klubun razılıq məktubundan sonra "Zirə" – "Sabah" matçı ilə bağlı da dəyişiklik reallaşıb. Həmin oyun isə avqustun 26-dan avqustun 25-nə keçirilib.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: