Kənd təsərrüfatının istehsalı artıb

23-08-2018, 04:00
187

 https://a.radikal.ru/a19/1808/5e/9cb1fbe449bb.jpg


Bu ilin yanvar-iyul aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 100,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bunun da 2 milyard 86 milyon manatı heyvandarlıq, 2 milyard 14,2 milyon manatı bitkiçilik məhsullarının payına düşüb.

Yeddi ayda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 6,5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,5 faiz, bitkiçilik məhsulları üzrə isə 11 faiz artıb.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: