Respublika rəngkarlıq müsabiqəsinin final mərhələsi

4-09-2018, 02:00
301

  https://b.radikal.ru/b01/1809/8e/8195debe4ec0.jpg


Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında uşaq və gənclər arasında "İnkişafa aparan təhsil" mövzusunda rəngkarlıq müsabiqəsinin final sərgisi və təltifetmə mərasimi keçirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun dəstəyi ilə keçirilən müsabiqədə 7–17 yaş arasında olan respublikanın ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar müəssisələrinin dərnək üzvləri iştirak edib.

Müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin yaradıcı təfəkkürünü aşkar etmək, istedadı və bacarığı ilə fərqlənən şagirdlərə dəstək olmaqdır.

Müsabiqəyə təqdim olunmuş rəngkarlıq nümunələri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən 7-9, 10-12, 13-17 yaş kateqoriyası üzrə qiymətləndirilib.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Mənbə: http://www.edu.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: