Salyanda üzüm bağlarında məhsul ötən illə müqayisədə 20-25 faiz çox olacaq

4-09-2018, 07:30
160 dəfə Oxundu.

Salyanda üzüm bağlarında məhsul ötən illə müqayisədə 20-25 faiz çox olacaq

 https://c.radikal.ru/c32/1809/40/4af034dda372.jpg


Salyanda kütləvi üzüm yığımına start verilib. Bağlarda nümunəvi becərilmə işləri aparıldığından bol məhsul yetişib.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda Salyanda həyətyanı sahələrlə birlikdə 1102,5 hektar üzüm bağı mövcuddur. Bunun da 933 hektarı barverəndir. Bağlarda ilk olaraq daha tez yetişən süfrə üzümünün yığımı aparılır. Qısa müddətdə plantasiyalardan 80 tondan çox üzüm yığılıb. Toplanmış məhsul yerli bazarlarla yanaşı, xarici bazarlara da göndərilir. Təsərrüfat sahiblərinin dediyinə görə, bu il məhsul ötən illə müqayisədə 20-25 faiz çox olacaq.

Qeyd edək ki, salyanlı bağbanlar bu gəlirli sahəni daha da inkişaf etdirmək üçün yerli sortlarla yanaşı, xarici ölkələrdən də məhsuldar tinglər gətirib əkirlər. Ötən ildən rayonda Fransadan gətirilmiş tinglər hesabına yeni üzüm bağları da salınır. Gətirilən üzüm sortlarından "Prima", "Dallas", "Ora" və "Kardinal" yerli iqlim şəraitinə yaxşı uyğunlaşır və yüksək məhsul verir.

Mənbə: http://www.azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam