Hava şəraitinin kəskin dəyişəcəyi haqqında xəbərdarlıq

25-10-2018, 04:30
179

https://c.radikal.ru/c27/1810/28/32e14b432023.jpg


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə:

Bakıda və Abşeron yarımadasında

Oktyabrın 26-dan 27-si gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 26-dan 27-si gündüzədək hava şəraiti kəskin dəyişəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enəcək. Arabir yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, dağlıq ərazilərdə qara keçəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin bəzi yerlərdə güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Mənbə: http://www.eco.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: