Naxçıvanda "Ећagird-məzun" dövlət elektron məlumat sistemi və buraxılış imtahanları ilə bağlı seminar keçirilib

2-11-2018, 08:30
139

https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg


Seminarda DİM əməkdaşları tərəfindən şəhər (rayon) təhsil şöbələrinin və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərinə buraxılış imtahanlarındakı yeniliklər və bu yeniliklərlə əlaqədar "Ећagird-məzun" sistemində edilmiş dəyişikliklər üzrə ətraflı izahat verilib

Dövlət İmtahan Mərkəzinin Naxçıvan MR regional bölməsində 2018/2019-cu tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Ећagird-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsinin başlanması ilə əlaqədar olaraq seminar keçirilib.

Seminarda regional bölmə əməkdaşları tərəfindən şəhər (rayon) təhsil şöbələrinin və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərinə "Ећagird-məzun" dövlət elektron məlumat sisteminin iş prinsipi haqqında geniş məlumat verilib. Ötən ildə məlumatların sistemə daxil edilməsi ilə bağlı yol verilən nöqsanlar seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Bundan başqa seminar iştirakçılarına 2019-cu ildə imtahanların keçirilmə texnologiyasında nəzərdə tutulan yeniliklər və imtahan modeli haqqında məlumat verilib.

Seminarda iştirakçılara "Nəzarətçilərin elektron qeydiyyatı" sistemi və nəzarətçi bazasının formalaşdırılması ilə bağlı da məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mənbə: http://www.tdqk.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: