İcazəsiz ova cəhd edən şəxs saxlanılıb

2-11-2018, 09:00
130

https://b.radikal.ru/b38/1811/62/5a44a24115bc.jpg


3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Hacıqabul rayon Polis Ећöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Hacıqabul rayonu ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Araşdırma zamanı brakonyerin Sabirabad rayon sakini İftixar Əsgərov olduğu müəyyən edilib və ondan ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib edilib və o, inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.

Mənbə: http://www.eco.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: