Ötən gün baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, on nəfər xəsarət alıb

6-11-2018, 14:00
213

   https://b.radikal.ru/b27/1811/06/c737856620bb.jpg


Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 105 cinayət faktından 16-nın üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, on nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli altı fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: