Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21-11-2018, 04:30
0
Жалоба

http://s04.radikal.ru/i177/1610/c8/5183df40ef81.png


Azərbaycan Respublikası Prezidentinin "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı"nın və "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2012-ci il 24 aprel tarixli 613 nömrəli, "Sərhəd qoşunları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 538-VQD nömrəli Qanununun tətbiqi haqqında" 2017-ci il 19 aprel tarixli 1339 nömrəli və "Sərhəd qoşunları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1180-VQD nömrəli Qanununun tətbiqi haqqında" 2018-ci il 18 iyul tarixli 211 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Sərhəd qoşunları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1180-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, в„– 4, maddə 292; 2017, в„– 1, maddə 50; 2018, в„– 9, maddə 1840) ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı"nın 2.2.11-ci yarımbəndində "Sərhəd qoşunları" sözləri "Sərhəd mühafizə orqanları" sözləri ilə əvəz edilsin.

2. "Sərhəd qoşunları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 538-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1339 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, в„– 4, maddə 553) 3-cü hissəsində "Sərhəd qoşunları" sözləri "Sərhəd mühafizə orqanları" sözləri ilə əvəz edilsin.

3. "Sərhəd qoşunları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1180-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 211 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, в„– 7 (I kitab), maddə 1497) 3.1-ci bəndində "Sərhəd qoşunları" sözləri "Sərhəd mühafizə orqanları" sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2018-ci il.


Mənbə: http://www.president.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация