Dövlət İmtahan Mərkəzində 2019/2020-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən "Bədən tərbiyəsi və idman" istiqaməti üzrə elmi-metodiki seminar

26-11-2018, 12:00
186

https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg


Noyabrın 23-də Dövlət İmtahan Mərkəzində 2019/2020-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən "Bədən tərbiyəsi və idman" istiqaməti üzrə elmi-metodiki seminar keçirilmişdir

Seminarda 2018/2019-cu tədris ili üçün keçirilmiş qabiliyyət imtahanlarında "Bədən tərbiyəsi və idman" istiqamətinin ixtisaslarına qəbulun nəticələri müzakirə edilmiş, təkliflər irəli sürülmüşdür

Seminar bu istiqamət üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin ixtisasları, həmçinin tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üçün qəbul imtahanlarına həsr edilmişdir.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin Bədən tərbiyəsi və idman istiqaməti üzrə ixtisaslarına, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin "Bədən tərbiyəsi və idman" və "Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün)" ixtisaslarına qəbul üçün qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələr haqqında müzakirələr aparmaq məqsədi ilə keçirilən seminarda müvafiq təhsil müəssisələrinin ekspert-müəllimlərdən ibarət işçi qrupu və Qabiliyyət imtahanları üzrə sektorun əməkdaşı Ziyafət Mustafayeva iştirak etmişlər.

Seminarda 2018/2019-cu tədris ili üçün keçirilmiş qabiliyyət imtahanlarında "Bədən tərbiyəsi və idman" istiqamətinin ixtisaslarına qəbulun nəticələri müzakirə edilmiş, təkliflər irəli sürülmüşdür.

İclasda bu ixtisaslar üzrə qabiliyyət imtahanlarının mövcud qiymətləndirilmə meyarları müzakirə olunmuşdur. Müzakirələrin yekunu olaraq həmin meyarların təyin edilmiş işçi qrup tərəfindən yenidən işlənməsi tövsiyə edilmişdir.

Seminar iştirakçılarının nəzərinə çatdırılmışdır ki, 2019/2020-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin V qrupu və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə yeni təhsil proqramı (kurikulum) əsasında qəbul imtahanı (XI sinfi cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanının nəticəsi əsasında iştirak edirlər) keçiriləcəkdir. Dövlət İmtahan Mərkəzi tərəfindən V qrupun bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisasları üzrə yeni qəbul modelinə uyğun olaraq təklif edilən müsabiqə şərtləri seminar iştirakçılarına təqdim edilmiş, bu barədə müzakirələr aparılmışdır. Müsabiqə şərtləri təsdiq edildikdən sonra bu haqda məlumat DİM-in internet saytında yerləşdiriləcəkdir.

İşçi qrup tərəfindən qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələri işlənib hazırlandıqdan sonra təsdiq edilərək "Abituriyent" jurnalının müvafiq sayında və jurnalın xüsusi buraxılışı olan " Bədən tərbiyəsi və idman " adlı metodiki vəsaitdə dərc ediləcəkdir.

Mənbə: http://www.tdqk.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: