Dövlət İmtahan Mərkəzi Lənkəran şəhərində ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış)

7-02-2019, 06:30
110

https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg


Dövlət İmtahan Mərkəzi Lənkəran şəhərində ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar və modellər haqqında elmi-metodiki seminarlar keçirəcək

Seminarlarda Lənkəran şəhəri, Astara, Biləsuvar, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarının müvafiq fənn müəllimləri, metodistlər iştirak edə bilərlər

9 fevral 2019-cu il tarixində saat 11:00-da Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə (Lənkəran şəhəri, Ећirəli Axundov küçəsi, 7) ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar və modellər haqqında Azərbaycan dili, riyaziyyat, ingilis, fransız və rus dili fənləri üzrə elmi‑metodiki seminarlar keçiriləcək. Seminarlarda Lənkəran şəhəri, Astara, Biləsuvar, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarının müvafiq fənn müəllimləri, metodistlər iştirak edə bilərlər.

Lənkəran şəhərində keçiriləcək elmi-metodiki seminarların proqramı

9 fevral 2019-cu il

İclasın başlanma vaxtı: saat 11:00

İclasın keçiriləcəyi ünvan: Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-lisey (Lənkəran şəhəri, Ећirəli Axundov küçəsi, 7)

Buraxılış və qəbul imtahanlarının modeli haqqında

Afiqə Batıyeva – Dövlət İmtahan Mərkəzinin şöbə müdiri

Azərbaycan dili fənni üzrə seminar

1. Buraxılış və qəbul imtahanları proqramları haqqında

Tofiq Hacıyev – Bakı Dövlət Universitetinin professoru, seminar rəhbəri

2. Tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında

Saməddin İbrahimov – TDV Bakı Türk Liseyinin müəllimi

Riyaziyyat fənni üzrə seminar

1. Buraxılış və qəbul imtahanları proqramları haqqında

İmran Abdullayev – Bakı Dövlət Universitetinin dosenti

2. Tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında

Aqşin Abdullayev – Gənc istedadlar liseyinin müəllimi

İngilis dili fənni üzrə seminar

Buraxılış imtahanlarının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında

Ећəhla Musayeva – Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi, seminar rəhbəri

Fransız dili fənni üzrə seminar

1. Buraxılış imtahanlarının proqramları haqqında

Çəmən Babaxanova – Azərbaycan Dillər Universitetinin professoru, seminar rəhbəri

2. Tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında

Rəfiqə İsayeva – Azərbaycan Dillər Universitetinin dosenti

Rus dili fənni üzrə seminar

Buraxılış imtahanlarının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında

Afət Mürsəliyeva – Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi

Mənbə: http://www.tqdk.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: