İlham Əliyev ABЕћ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb

21-02-2019, 11:00
198

   https://a.radikal.ru/a42/1902/7c/65c180eb3a4e.jpg


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də ABЕћ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk ilə görüşüb.

Görüşdə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Ећurası çərçivəsində nazirlərin beşinci toplantısında layihənin uğurlu icrası ilə bağlı səmərəli müzakirələrin aparıldığını vurğuladı. Dövlətimizin başçısı ötən il bir neçə mühüm layihənin icrasının başa çatdırıldığını qeyd edərək, bugünkü toplantıda yeni tərəflərin də təmsil olunduqlarını vurğuladı. Bildirdi ki, bu, layihəyə artan marağın göstəricisidir.

Dövlətimizin başçısı ABЕћ Prezidenti Donald Trampın Cənub Qaz Dəhlizi layihəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd etdi.

ABЕћ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk 2018-ci ildə layihənin uğurlu icrası istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu dedi. O, ötən il bu layihə çərçivəsində yeni xətlə Türkiyəyə ilk dəfə olaraq 1 milyard kubmetr qazın çatdırıldığını vurğuladı.

Görüşdə bərpaolunan və alternativ enerji, eləcə də digər sahələrdə Azərbaycan ilə ABЕћ arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Mənbə: http://www.president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: