Dövlət qulluğuna qəbul imtahanında iştirak edərək rəhbər vəzifələr üzrə sertifikat əldə etmiş namizədlərin nəzərinə!

21-02-2019, 13:30
323

https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg


Vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verənlər müsahibələrdə iştirak edə bilərlər

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi 5 fevral 2019-cu ildən etibarən mərkəzi icra hakimiyyəti orqanlarında inzibati rəhbər vəzifələr üzrə müsabiqənin müsahibə və ümumi müsahibə elanlarını vermişdir.

Dövlət qulluğu vəzifələrinin A növünə aid (inzibati rəhbər vəzifələr) müsabiqənin müsahibə mərhələsi üzrə 5 dövlət orqanında 88, ümumi müsahibə üzrə isə 4 dövlət orqanında 10 vakant inzibati vəzifənin tutulması üçün müsahibə mərhələsi elan edilib. Müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti 2019-cu il 7 mart tarixinə qədər davam edəcəkdir.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilmişdir.

Namizədlər dövlət qulluğunun A növü üzrə müsabiqənin müsahibə və ümumi müsahibə elanlarıı ilə bir yerdə buradan da tanış ola bilərlər.

Qaydalara əsasən, vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verənlər müsahibələrdə iştirak edə bilərlər . Aşağıdakı cədvəldə hər iki elanda verilmiş vəzifə altqrupu üzrə vakant yerlərin sayı və imtahan verərək müvafiq sertifikatı əldə edənlərin sayı qeyd olunmuşdur. Cədvəldən də göründüyü kimi AC1 vəzifə altqrupuna uyğun 12, AC3 vəzifə altqrupuna uyğun 19, AC4 vəzifə altqrupuna uyğun 63 vakant yer var. Sertifikatı olanların sayı isə müvafiq olaraq 18, 40 və 50-dir. Nəzərə alsaq ki, vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahiblərdə də iştirak edə bilərlər, bu zaman namizədlərin seçim imkanları daha çox olur. Sertifikat əldə etmiş şəxslər vakant vəzifələrin tutulması üçün digər tələblərə (əmək stajı, təhsil, ixtisas və s.) cavab verirlərsə, müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Vəzifə alt qrupu

AA3

AB1

AB2

AB3

AB4

AC1

AC2

AC3

AC4

Vakant vəzifələrin sayı

1

1

1

1

-

12

-

19

63

Sertifikatı olanların sayı

-

1

4

2

11

18

19

40

50

Müsahibələrdə iştirak etmək üçün qeydiyyat müddəti 2019-cu il 7 mart tarixinə qədər davam edəcəkdir.

Namizədlər "Dövlət qulluğu üzrə müraciət Forması"nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Elan edilmiş müsahibələrdə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilərlər.

Mənbə: http://www.tqdk.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: