"Zərif kölgələr" layihəsinin iştirakçısı: Manya SƏXAVƏTQIZI

3-05-2019, 03:00
141

"Zərif kölgələr" layihəsinin iştirakçısı: Manya SƏXAVƏTQIZI


ən niyə şeir yazıram? Cavabı ruhumu sakitləşdirən bir
sualdır. Əslində bilmədiyim tək cavablardan biri... Ata itgisi, ata
həsrəti, ruhumu titrədən ata ölümü – təsəllim misralar... Həyat
çox qəribədir. Bəzən düşünürəm ruhum şeirlərlə "dillənməsəydi"
mən nə edərdim? Mənim bütün hisslərim şeirlərdə əks olunur.
Bəzən yazarkən ağlayıram, bəzən ağlarkən yazıram, bəzən
xoşbəxt olarkən yazıram, bəzən yazarkən xoşbəxt oluram –
maraqlı hislərdir. Həm sevincdən, həm kədərdən yazıram. Ећeir‐
lərimlə daha çox yaralı ürəklərə məlhəm olmağa çalışıram.

ANAM

Ömürdən hədiyyə olsaydı əgər,
Ömrümü anama bağışlayardım.
Anasız həyatın dadı var məgər?
Arzumdur anamla mən yaşlanaydım.

Anamdır həyatda ürək sirdaşım,
Dərdimi onun tək anlayanım yox.
İstəməz gözümdən axsın göz yaşım
Üzülər həmin an anam məndən çox.

Onun "qızım" sözü dünyaya dəyər,
O sözü qoymuşam qəlb xəzinəmə.
Kim "qızım" sözünü ana tək deyər?
Səsi məlhəm olur dərdli sinəmə.

Körpə tək baş qoyub dizləri üstə,
Uşaqlıq anımı xatırlayıram.
Arzumdur anamı görməyim xəstə,
O, acı çəkəndə mən sızlayıram.

Allahdan istəyim budur ki, ana,
Məndən əvvəl sənə ölüm verməsin.
Mən şahid olmayım kaş ki, o ana,
Gözümün işığı sənlə sönməsin.

TORPAДћA ЕћƏHİD QAN QATIB

Var havada qan qoxusu,
Qəlbdə intiqam duyğusu.
Yenə bir şəhid yuxusu,
Hıçqırığımla bölünür
özümə şəhid görünür.

Nə yatmışam,nə oyağam,
Deyirəm mən niyə sağam?
Öz sinəmdə özüm dağam,
Ећəhidim var yaxılıram
Ећimşək kimi çaxılıram.

Qəlbimə kin toxum atıb,
Düşmən torpağımda yatıb,
Torpağa şəhid qan qatıb,
O qanla qarışan torpaq
Qəbul etməz yad bir ayaq.

Sındıraq düşmən ayağın,
Ucaldaq vətən bayrağın.
Həfiflədək ürək dağın,
Təsəlli olsun qələbə
Buna ümid var hələ də.

ATASIZLIQ YAMANDIR

Dağlarda çən gözəldir,
Payızda nəm gözəldir.
Ata deyib yananın,
Gözündə qəm gözəldir.

Sevinc yaraşmaz daha,
Qəmlə çıxar sabaha.
Ata dərdi çəkənin,
Qəlbi beşikdir aha.

Dağ qoyub dağ üstünə,
Düşərlər yetim günə.
Bir sevinc keçə bilməz,
Ata dərdi önünə.

Atasızlıq yamandır,
Mənim köksüm al qandır.
Atam getdiyi o gün,
Xəyallarım talandı.

Yandı bağrımın başı,
Axdı gözümün yaşı.
Ata kimi görmədim,
Nə ana,nə qardaşı.

Qardaş qardaş tək gözəl,
Anamdan yazım qəzəl.
Ancaq atamın yeri,
Qəlbimdə ayrı,özəl.

AYNADAKI RUHSUZ SİMA

Aynadakı ruhsuz sima,
Baxışların niyə donub?
Sanki nəsə edir ima,
Baxışına bir sirr qonub.

Ruhun gedib, cismin qalıb,
Boş çuvala bənzəyirsən.
Sən aynaya nəzər salıb,
Əksindən nə istəyirsən?

Nə verəcək ayna sənə?
Yoxsa ölən ruhunumu?
Xəyallara dalıb yenə,
Ölən ruhu unutdunmu?

Ayna səni dəyişdirməz,
Sən necəsən əksin odur.
O sənə ruh verə bilməz,
Adın ruhsuz sima oldu.

ZÜLMƏTİN TƏK YOLÇUSUYAM

Tellərimə sığal çəkmə,
Əllərini yandırar.
Ürəyim buz parçası...
Girmə səni dondurar.

Olma mənim yol yoldaşım,
Birdən yolda azarsan.
Mən zülmətdə yol gedirəm,
Yolum bir az uzarsa,
Ürəyinə qorxu düşər
Səni xilas etmək üçün,
Mənə quyu qazarsan.

Sözlərimdən nə incimə,
Nə də məni qınama.
İnsanların nankorluğu
Qorxu salıb canıma.

Həyat yolum uzun deyil,
Yolda səni tanıyam.
Səhvlərini,düzlərini
Yolda bir-bir sanayam.

Səni yalnış gördüyümçün
Ya özümü qınayam,
Ya da yenə məyus olub
Bir insançün ağlayam.

İstəmirəm qadan alım,
Yeni həyat sınağı.
Sonra yenə tənə olur,
Ürəyimin qınağı...

QƏLBİMİ DƏLİR

Hərdən xatirələr cumur üstümə,
Yalquzaq ruh kimi ruhumu didir.
Qəlbimi batırıb al rəngli qana
Sonra üz çevirir məni tərk edir.

Gör necə zalımdır necə vicdansız,
Bilir ki, gedəcək yenə də gəlir.
Vəhşidir xatirəm həm də amansız
Ox olub bir anda qəlbimi dəlir.

Acımır nə mənim göz yaşlarıma,
Nədə ki, çəkdiyim bu acılara.
Çıxmayıb bir təbib mənim qarşıma
Bir əlac eyləsin bu sancılara.

DƏRDİNİ SUSAN QADIN

Gözəl qadın, yalvarıram,
Gözlərinin yaşın sil.
Dərdini aç mənə söylə,
Məni dərd sirdaşın bil.

Gözdən axan göz yaşını,
Axıt mənim dizimə.
Sənin qəmin əksin salır,
Bil mənim bənizimə.

Ağlayıram için-için,
Bilmədiyim dərdinə.
Yalvarıram Allahıma,
Kaş ki,bu qadın dinə.

Açıb tökə dərdlərini,
Bir gizlini qalmaya.
Yas tutduğu bu dərdləri,
Onu məndə n almaya.

Mən qorxuram sənsizlikdən,
Dərdini susan qadın.
Heç olmasa de mən bilim,
Bəs nədir sənin adın?

Bir gün səni alıb getsə,
Bu göz yaşı əlimdən.
Heç olmasa adın qalsın,
Bir yadigar dilimdə.

Susma qadın incimərəm,
Lap kin "qus"san üstümə.
Onsuz da mən boğuluram,
Məni saran tüstünə.

İçimdə min şüphə didir,
Rahatlıq vermir mənə.
Bölüş mənlə dərdlərini,
Birgə bataq matəmə.

ÇİÇƏK TƏK SOLDU

Bilmirəm hayandan əsdi bu külək,
Bağrımın başını kəsdi bu külək.
Ruhumu bədəndən alandan sonra
Niyə sakitləşib, susdu bu külək?

Elə bil qəsdimə durmuşdu mənim,
Sevinci əlimdən almışdı mənim.
Susdura bilmədim mən bu küləyi
Elə bil tək-tənha görmüşdü məni.

Bu külək qoymadı nə hicran, nə qəm,
Yüklədi çiynimə, söylədi çək qəm.
Sürüyüb özümlə çəkə bilmirəm,
Yüküm çox ağırdır, içindəki qəm.

Əsdi viran etdi, saldı dərin iz,
Silinməz heç zaman yaddaşdan bu iz.
Qəlbimi incidir hər xatirəsi,
Bu külək qəlbimdə qoydu acı iz.

Külək əsib-coşub sonra da susdu,
Bu qədər dərd verib bəs niyə susdu?
Məndən aldıqları çətin ki, dönə,
Mənim neçə arzum çiçək tək soldu.

SEVİNCİMİN İNTİHARI

Dedim yazım –
Olanlardan,
keçənlərdən,
Haqqın yolu
dura-dura
Haqsızlığı seçənlərdən.
Yaza-yaza
göz önümdən -
neçə səhnə gəlib keçdi.
Düşüncələr
diri-diri ürəyimə kəfən biçdi.
Duyğularım daxilimdə
savaş açdı bir - birinə,
Sevincimə hücüm çəkib,
kədərim keçdi yerinə.
Göz yaşına döndü sevinc
kirpiyimdən asdı özün,
Sevincimin "intiharın" kor olub
görməzdi gözüm.
Yanağımda "məzar qazdım"
İntihar edənlərimə,
Əlimi qoynumda qoyub,
Tərk edib gedənlərimə.

SEVGİN SEVGİMİN SEVGİSİ

Sevgin ilə qanad açan
kəpənəyə bənzəyirəm,
O çiçəkdən bu çiçəyə
qonan həmin kəpənək tək,
Eşq bağımı bəzəyirəm.
Toxunmursan qanadımaqanadım sınar mənim,
Sevinci qəlbimə salıb,
Yan tutursan ürəyimdən
bu həyatın kədər qəmin.
İncə-incə oxşayırsan
günəş rəngli tellərimi,
Məhəbbətlə sən tutursan
səni saran əllərimi.
Sən dünyamın işığısan,
Olmazsan aləm zülmətdir.
Sevgin sevgimin sevgisi,
Mənim üçün səltənətdir.

XATİRƏLƏR RUHUMU DİDİR

Mən sırt üstə yata bilmirəm,
Kürəyimə batırılan xəncərlərin yeriağrıyır.
Mən hər gecə ölürəm,
"Dost" kəlməsi ürəyimdə qanayır.
Ağ tənzifə dəyən qan ləkəsinin görüntüsü tək,
Bir mənzərə canlanır gözlərimdə.
Gözüm ruhuma dikilib
Əlimsə qalıb dizlərimdə.
Köksünü titrədən sərt fırtına
Xatirələrimi yerlə yeksan edir.
Quzğunun cəsədi diddiyi kimi
O xatirələr ruhumu didir.
Yaşadıqlarımın günahkarı mənəm,
Qəlbimi açmamalıydım ki, qəlbimdən
yaralanmayın.
Mən artıq mən olmaq belə istəmirəm,
Çünki mən özümü mən olduğum üçün ittiham
edirəm.

GÖZ YAЕћIM İNTİHAR EDİR

Gözlərimdə bir gilə yaş,
Süzülür intihar edir.
Daş asılıb qəlbimdən, daş,
Ruhumu qəm-kədər didir.

İtib gözümün işığı,
Gecənin zülmət çağında.
Əridi gözümün yağı,
Xoş günlərin sorağında.

Fırtınaya düşmüş kəsəm,
Yol tapmıram çıxam qaçam.
Mən sükutda qəmli səsəm,
Sükuta niskin qatacam.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: