Azərbaycan Tbilisidə keçiriləcək V müəllif musiqiləri beynəlxalq festivalında təmsil olunacaq

3-05-2019, 14:30
104 dəfə Oxundu.

Azərbaycan Tbilisidə keçiriləcək V müəllif musiqiləri beynəlxalq festivalında təmsil olunacaq

https://a.radikal.ru/a15/1905/dd/ab8b90ffe95d.jpg


Tbilisidə əfsanəvi şair və kompozitor Bulat Okudjavanın xatirəsinə həsr olunmuş V Tbilisi müəllif musiqiləri beynəlxalq festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festivalda 9 ölkənin musiqiçiləri iştirak edəcəklər. Azərbaycanı bu festivalda Cavid İmamverdiyev təmsil edəcək.

Festival mayın 6-dan 11-dək A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrında keçiriləcək.

Mayın 9-da Bulat Okudjavanın ad günündə "Müharibə mahnıları" adlı qala-konsert təşkil olunacaq.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Mənbə: http://www.azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam