Hərbi hissədə görüş keçirilib

22-05-2019, 10:45
0
Жалоба

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevin rəhbərliyi ilə bir qrup müharibə veteranı, şəhid ailələrinin  üzvləri və ictimaiyyətin nümayəndələri cəbhəboyu zonada yerləşən N saylı hərbi hissəni ziyarət edib.
Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndər və respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ordumuza göstərdiyi diqqət və qayğıdan, ordu quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlardan danışıblar.
Sonra qonaqlar hərbi hissədə yaradılmış şəraitlə tanış olublar. Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Mənbə: http://www.mod.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация