15 aprel 2019-cu il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilmişdir

22-05-2019, 11:45
0
Жалоба

https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg

Müsahibələrin 4 – 25 iyun 2019-cu il tarixləri ərzində keçirilməsi nəzərdə tutulur

Elan üzrə 6 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 453 (A növündə 79 vakant vəzifə üzrə 79 yer, B növündə 374 vakant vəzifə üzrə 391 yer) vakant vəzifə müsahibəyə çıxarılmışdır. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 159 namizədlə 269 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsabiqə vəziyyəti Energetika Nazirliyi, Protokol xidməti sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 20 namizəd), Çağrı mərkəzi sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 16 namizəd) və Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakimin köməkçisi ( 2 vakant yer üzrə 25 namizəd) vəzifələri üzrə qeydə alınmışdır.
Müsahibələrin 4 – 25 iyun 2019-cu il tarixləri ərzində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Mənbə: http://www.dim.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация