“Canlanan inkişaf: insanlar, şəhərlər, iqtisadiyyat” mövzusunda “Astana İqtisadi Forumu” keçirilmişdir

22-05-2019, 13:30
0
Жалоба


Dövlət İmtahan Mərkəzinin əməkdaşı 2019-cu il 15-17 may tarixlərində keçirilən forumda iştirak etmişdir

74 ölkənin nümayəndələri - ekspertlər, elm xadimləri, siyasətçilər və Nobel mükafatı laureatlarının yer aldığı forumda Dövlət İmtahan Mərkəzinin Strateji İnkişaf Şöbəsinin müdiri Vəli Hüseyn də iştirak etmişdir. DİM-in əməkdaşı Astana şəhərində yerləşən Dövlət Qulluğu üzrə Regional Xabın* (Astana Civil Service Hub) dəvəti ilə “Mükafatlandırma və tanınma: 21-ci əsrdə dövlət qulluqçularını necə motivasiya etməli” panel sessiyasının iştirakçısı olmuşdur.
5 mindən çox iştirakçının yer aldığı forum Qazaxıstan Respublikasının paytaxtı Nursultan şəhərində təşkil olunmuşdur. Artıq 12 ildir təşkil olunan forumun builki əsas mövzusu “Canlanan inkişaf: insanlar, şəhərlər, iqtisadiyyat” olmuşdur. Hazırda Forum ölkə liderlərinin qlobal miqyasda iqtisadi inkişaf perspektivlərini müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrilməkdədir.
Forum çərçivəsində keçirilən görüşlərdə ikitərəfli əlaqələrin qurulması, mütəmadi səfərlər və konfransların təşkil olunması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, “To begin tomorrow” devizi altında 2008-ci ildən etibarən təşkil olunan forum qlobal xarakter daşıyır. 150 ölkədən 50 mindən çox nümayəndə heyəti, 20-dən çox Nobel mükafatı laureatı bu ilə kimi Foruma qatılmışdır.
Forum haqqında ətraflı məlumatı linkdən əldə edə bilərsiniz: https://astanaeconomicforum.org/en/page_id=9&article_id=90
*Dövlət Qulluğu üzrə Regional Xab 2019-cu il 22-27 sentyabr tarixlərində DİM tərəfindən keçiriləcək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda 45-ci illik konfransın rəsmi tərəfdaşıdır. Konfrans haqqında əlavə məlumat: www.iaea2019.org

Mənbə: http://www.dim.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация