“Azərbaycan dilinin Orfoqrafiya Normaları” mövzusunda təlim təşkil edilmişdir

25-05-2019, 11:00
0
Жалоба

2019-cu il 23 may tarixində Dövlət İmtahan Mərkəzində “Azərbaycan dilinin Orfoqrafiya Normaları” mövzusunda təlim təşkil edilmişdir

Təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 aprel 2019-cu il tarixli 174 nömrəli Qərarı ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilmiş və yazılı nitqdə dil vahidlərinin yazılışını tənzimləyən qaydalara müəyyən dəyişikliklər edilmişdir.
Yeni təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”na edilən dəyişikliklər dövlət orqanları tərəfindən kargüzarlığın aparılması məsələlərini də əhatə edir. Dövlət orqanları ilə yazışmalar zamanı qeyd edilən dəyişikliklərə riayət edilməsinin vacibliyi nəzərə alınaraq, bu mövzuda təqdimat hazırlanmış və müvafiq təlim təşkil edilmişdir. Təlimdə rəsmi yazışmalar zamanı əməl edilməsi lazım olan tələblər diqqətə çatdırılmış, kargüzarlıqla bağlı məsələlər müzakirə edilmiş, iştirakçılara orfoqrafiya normalarında edilmiş dəyişiklər barədə məlumat verilmişdir.
Təlim Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin əməkdaşı Miranə Abbasova tərəfindən aparılmışdır. Sonda isə təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Mənbə: http://www.dim.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация