Respublika Günü Sumqayıtda silsilə tədbirlərlə qeyd olunub

31-05-2019, 15:30
0
Жалоба

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə 28 May-Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilib.
İdarədən AZƏRTAC –a bildirilib ki, Sumqayıt şəhər S. Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə 3 nömrəli orta məktəbdə təşkil edilən “Azadlığa gedən yol” adlı tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və onun tarixi əhəmiyyətindən, keçdiyi çətin və şərəfli yoldan, bu yolda olan uğur və nöqsanlardan söhbət açılıb. Sonda Mərkəzi kitabxananın baş biblioqrafı Nazxanım Cəfərova tədbir iştirakçılarına “İstiqlalımızın bayramı” adlı sərgi haqqında məlumat verib.
S. Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin 5 nömrəli orta məktəbdə keçirdiyi tədbirdə 28 May – Respublika Günü ilə əlaqədar məlumat verilib. Sonra şagirdlər Vətənə həsr edilmiş müxtəlif şeirlər və dahilərin azadlıq, istiqlal haqqında müdrik fikirlərini, kəlamlarını söyləyib, mahnı oxuyub, rəqs ediblər.
Tədbirdə kitab və dövri mətbuat materiallarından ibarət sərgi nümayiş etdirilib.

Mənbə: http://www.azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация