“Bizim müəllim”

7-06-2019, 12:00
128


Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi davam edir. Layihənin budəfəki təqdimatı Gülnur Əliyevaya həsr olunub. O, 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 55 bal toplayıb. Hazırda Qazax rayonu Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbdə fransız dili müəllimi işləyir.
Gülnur Əliyeva düşünür ki, yaxşı müəllim öz sənətinə olan sevgisi, işinə məsuliyyəti ilə seçilir. Müəllimin sinifdəki heç bir davranışı şagirdlərinə təsirsiz qalmır və bütün xüsusiyyətləri onun dərs dediyi şagirdlərə də sirayət edir. 
Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Mənbə: http://www.edu.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: