Xalq şairi Səməd VURĞUN.”Ey könül! Min namə yaz bir gülüzarın eşqinə”

8-06-2019, 04:00
0
Жалоба

http://s018.radikal.ru/i501/1702/cc/ee0498afc778.jpg

Ey könül! Min namə yaz bir gülüzarın eşqinə,
Can evindən seyrə çıx bir xoş güzarın eşqinə.

Hansı rəssamın əlilə canlanır dünya evi?
Hər çəmən min qönçə açmış novbaharım eşqinə!

Gəl, gəl, ey sevdalı bülbül, gəl gəzək gülşənləri,
Sən gülün eşqilə dillən, mən də yarın eşqinə.

Məcnun öz şurilə çox da aləmə səs salmasın,
Hansı namərd can əsirgər bir nigarın eşqinə?

Gün keçir, dövran keçir… Öz hökmünü vermiş zaman,
Ney tutulsun, badə gəlsin ruzigarın eşqinə!

İnsan oğlu can verər pərvanətək atəşlərə
Düz sözün, düz ilqarın, düz etibarın eşqinə!

Vurğunun öz aləmi, öz qəlbi, öz ilhamı var
Mehri-ülfətdən yaranmış bir diyarın eşqinə!

Mənbə: Klassik Ədəbiyyat İnciləri


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация