HDQ-nin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi müvəffəqiyyətlə keçirilib - VİDEO

9-06-2019, 08:00
0
Жалоба


Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun 2-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-2) keçirilib.
NATO-nun Nortvud Hərbi Dəniz Qərargahının nümayəndələrinin müşahidəsi ilə  icra edilən SEL-2-in əsas məqsədi Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun fəaliyyətinin və təchizatının Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu yoxlamaqdan ibarətdir. Keçirilmiş təlim eyni zamanda 2020-ci ildə 2-ci səviyyəli (NEL-2) NATO qiymətləndirməsinə hazırlıq məqsədini daşıyır.

Mənbə: http://www.mod.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация