4 iyun 2019-cu il tarixində “Rəhbər şəxslər üçün səriştə əsaslı idarəetmə” üzrə seminar keçirilib

10-06-2019, 10:30
0
Жалоба

https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg

4 İyun 2019-cu il tarixində  Dövlət İmtahan Mərkəzi Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində “Rəhbər şəxslər üçün səriştə əsaslı idarəetmə” adlı seminar keçirilib

Dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəliliyini artırmaq məqsədilə dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modeli tətbiq olunması “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi” hissəsində öz əksini tapmışdır. DİM-in bu istiqamətdə fəaliyyəti nəticəsində “Rəhbər şəxslər üçün səriştə əsaslı idarəetmə” adlı seminarın həm ekspert qrupları, həm də dövlət qulluğunda rəhbər vəzifələrdə çalışan şəxslər üçün keçirilməsi qərara alınmışdır.
Seminar SIGMA eksperti Kaido Pabusk, Estoniyanın Dövlət Qulluğu Mərkəzinin rəhbəri Eve Limbak Pirn, İrlandiyanın İctimai Təyinatlar Xidmətinin Korporativ Xidmətlər üzrə rəhbəri Padreyk Lav tərəfindən iştirakçılara təqdim olunmuşdur.
Seminarda ekspertlər tərəfindən dövlət qulluğunda səriştə əsaslı idarəetmənin əsas prinsipləri, meyarlar, struktur bölmələrə səriştə modeli əsasında insan resurslarının seçilməsi və s. məsələlər haqqında beynəlxalq təcrübənin təqdim olunması, həmçinin Azərbaycanın dövlət orqanlarında insan resurslarının idarəolunması funksiyalarını yerinə yetirən struktur bölmələrin nümayəndələri tərəfindən maraqlandıran sualların müzakirəsi aparılmışdır.

Mənbə: http://www.dim.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация